14:49, 26.02.2026
Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib
AR ETN Genetik Ehtiyatlar İnstitutunda 26 fevral 2026-ci il tarixində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Xocalı sakini, institutun aparıcı elmi işçisi, b.ü.f.d. Əkpər Kərimov çıxış edərək 1992-ci ilin fevralında baş vermiş dəhşətli hadisələr, dinc əhalinin üzləşdiyi ağır faciələr və doğma yurdlarından məcburi köçkün düşmələri barədə danışıb. O, həmin günlərin ağrı-acısını, itkilərin yaratdığı sağalmaz yaraları tədbir iştirakçıları ilə bölüşərək Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Xocalı soyqırımının törədilməsini əks etdirən videoçarx nümayiş etdirilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!