XƏBƏRLƏR
15:18, 10.04.2026
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Genetik Ehtiyatlar İnstitutunda istehsalat təcrübəsində iştirak etmişlər.
AR ETN Genetik Ehtiyatlar İnstitutunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil olunub. Təcrübə çərçivəsində tələbələr institutun Rüşeym plazması laboratoriyası, Biokimyəvi genetika və texnologiya, Sitogenetika şöbələrində aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Onlara tədqiqatların aparılması prinsipləri, əldə olunan nəticələrin istehsalatda tətbiqi imkanları barədə məlumat verilib, həmçinin laborator avadanlıqları nümayiş etdirilib.
Eyni zamanda tələbələrə Milli Genbankda qorunan bitki genetik ehtiyatlarının saxlanılması, mühafizəsi və istifadəsi istiqamətində görülən işlər haqqında geniş məlumat verilib.