NEWS
14:37, 17.03.2026
AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar növbəti tədbir keçirildi
17 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 (WUF13) ilə əlaqədar növbəti məlumatlandırıcı tədbir keçirilib.
İnstitut rəhbərliyi bildirib ki, 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək bu beynəlxalq platforma şəhərsalma, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri kimi qlobal məsələlərin müzakirəsi üçün əhəmiyyətlidir və ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir.
Tədbir çərçivəsində institutun əməkdaşı Xosrov Kərimli “Şəhərsalmada yaşıllaşdırmanın əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edərək şəhər mühitində yaşıl zonaların əhəmiyyəti və ekoloji davamlılığa töhfələri barədə fikirlərini bölüşüb.
Sonda WUF13 tədbirinə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı haqqında videoçarx nümayiş etdirilib. Video material qarşıdan gələn beynəlxalq tədbirə hazırlıq işlərinin gedişi, təşkilati məsələlər və gözlənilən nəticələr barədə məlumatların ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olub.