NEWS
14:41, 15.09.2026
AR ETN Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın iclası keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasda institutun doktorantura hazırlığı və elmi fəaliyyətinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Gündəlikdə ilk olaraq Genetik Ehtiyatlar İnstitutuna ayrılmış qəbul planına uyğun olaraq fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul məsələsinə baxılıb. Müsabiqə və imtahanların nəticələrinə əsasən daha yüksək nəticə göstərən Şahmuradova Azadə Azad qızının doktoranturaya qəbulu təsdiq edilib.
Daha sonra Mətanət Ceyhun qızı Baxışovanın 2415.01 – “Molekulyar biologiya” ixtisası üzrə təqdim etdiyi “Anti-xərçəng Glu-Gln-Arg-Pro-Arg pentapeptidinin strukturu və onun ağciyər karsinoma hüceyrələrinə mümkün təsir mexanizmləri” mövzusunda dissertasiya işinin 23 iyun 2026-cı il tarixli ilkin müzakirə protokolunun təsdiqi məsələsinə baxılıb. Mövzu ətrafında fikir mübadiləsi aparılıb və ilkin müzakirə protokolunun təsdiqi məqsədəuyğun hesab edilib.
İclasda gündəlikdə yer alan digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.