10:30, 22.06.2026
Genetik Ehtiyatlar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda 16 iyun 2026-cı il tarixində Elmi Şuranın növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan institutun direktoru gündəlikdə duran məsələlər barədə Şura üzvlərinə məlumat vermişdir.
Gündəliyə uyğun olaraq ilk növbədə 2026-cı il üzrə elmi-tədqiqat işlərinin proqramı və institut əməkdaşlarının fərdi iş planları müzakirə olunmuşdur.
Daha sonra iddiaçı Səfərzadə Zümrüd Səfər qızının dissertasiya işi üzrə əlavə elmi rəhbərin təyin edilməsi məsələsinə baxılmışdır.
İclasda həmçinin institutun “Elmi Əsərlər” jurnalının XV cild, 1-ci nömrəsinin növbəti sayının hazırlanması məsələsi müzakirə edilmiş, “Genetika” fənni üzrə doktoranturaya qəbul imtahanı üçün suallar təsdiq olunmuşdur.
Bununla yanaşı, Nərmin Sadıxzadə və Səbinə Hacıyevanın dissertasiya işlərinin müvafiq elmi seminar və ilkin müzakirəsinə dair protokollar Elmi Şurada təsdiq edilmişdir.
İclasın sonunda gündəlikdə duran digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.