НОВОСТИ
11:45, 10.09.2026
Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda 10 sentyabr 2026-cı il tarixində “Genetika” (2409.01) ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir.
Baş direktor vəzifəsini icra edən, b.ü.f.d. Natavan Kələntərovanın sədrliyi ilə yaradılmış komissiyanın iştirakı ilə keçirilən imtahanda doktorantura üzrə iddiaçı Azadə Şahmuradova Azad qızı iştirak etmişdir. İddiaçı ayrılmış vaxt ərzində təqdim olunmuş imtahan suallarını cavablandıraraq imtahanı müvəffəqiyyətlə başa vurmuşdur.