НОВОСТИ
18:25, 23.10.2026
Genetik Ehtiyatlar İnstitutunda Respublika Elmi Konfransı keçirilib.
2026-cı il oktyabrın 22–23-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yaşıl inkişaf naminə bitki genetik ehtiyatlarının qorunması, iqlim dəyişmələrinə davamlılığın və səmərəliliyin artırılması” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Konfransın açılışında institutun baş direktor vəzifəsini icra edən Natavan Kələntərova bitki genetik ehtiyatlarının qorunmasının, səmərəli istifadəsinin və müasir elmi metodların tətbiqinin əhəmiyyətini vurğulayıb.
Hibrid formatda təşkil olunan tədbirdə Azərbaycan, Özbəkistan və Rusiya Federasiyasından olan alim və tədqiqatçılar bitki genetik ehtiyatlarının mühafizəsi, biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinə davamlılığın artırılması və dayanıqlı kənd təsərrüfatı istiqamətlərində elmi nəticələrini təqdim ediblər.
Konfrans elmi əməkdaşlığın genişləndirilməsi və bitki genetik ehtiyatlarının davamlı istifadəsi sahəsində fikir mübadiləsinin aparılması baxımından əhəmiyyət daşıyıb.